XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

21 Noyabr 2016 - 15:45

Kərküklü millət vəkili:“Türkmənləri xilas etməyə çalışırıq”

maruf

“Ötən ay İŞİD terror təşkilatının Kərkükə hücumu vəziyyəti gərginləşdirmişdi. Hazırda isə Kərkükdə vəziyyət normallaşıb”.

Bunu Modern.az-a İraq türkmənlərinin Ərbil şəhərindən millət vəkili Aydın Maruf bildirib.

Onun sözlərinə görə, kürdlərlə, ərəblərlə birgə yaşayan türkmənlərin vəziyyəti hazırda yaxşıdır. Aydın Maruf qeyd edib ki, əsas diqqət Telaferin İŞİD-dən azad olunmasına yönəlib.

“Bura bizim üçün çox önəmlidir. Çünki bura İraqın ən böyük türkmən bölgəsidir. Telaferin mərkəzində 300 mindən çox türkmən yaşayırdı. 2014-cü ildən onların 70 faizi məcburi köç edib İraqın şimalına, Türkiyəyə köçüblər. Hazırda Telaferdə 50 mindən artıq türkmən İŞİD-in təzyiqi, işgəncəsi altındadır. Çox istəyirik ki, Telafer İŞİD-dən azad olsun və türkmənlər yenidən öz yurdlarına qayıtsın. İŞİD-dən sonra Mosul və Telaferin kimin idarəçiliyinə keçəcəyi önəmlidir. Bizə əvvəlki illərdə edilən haqsızlıqların təkrarlanmaması üçün İraq Türkmən Cəbhəsi mübarizə aparır. Mosul əməliyyatı çərçivəsində Telaferin azad edilməsi olduqca önəmlidir. Sivil türkmənləri qurtarıb, dəhliz açaraq, onları daha təhlükəsiz yerə aparmağa çalışırıq. Buna görə də İraq ordusunun apardığı əməliyyatı dəstəkləyirik”, – deyə o, əlavə edib.

İraqın Mosul-Kərkük bölgəsinin İŞİD işğalından azad edilməsü üçün oktyabrın 17-də başlanan beynəlxalq əməliyyat hələ də gözlənilən nəticəni verməyib.

Bununla yanaşı, İraq könüllü xalq dəstələri “Həşdi Şaabi” Telaferi İŞİD-dən qurtarmaq üçün böyük bir əməliyyata başlayıb.