XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2016 - 16:37

ABŞ prezident administrasiyasının yeni rəhbəri:“İslam dininin bəzi problemli aspektləri var”

priebus

ABŞ prezidenti administrasiyasının yeni rəhbəri Rayns Pribus islamın bəzi hissələrini «problemli» adlandırıb.

“BƏZİ İNSANLAR RADİKALLAŞIBLAR”

Respublikaçılar Partiyasının sədri və ABŞ prezidenti administrasiyasının yeni rəhbəri Rayns Pribus müsəlmanların ölkəyə girişinin yasaqlanması məsələsində heç nəyin istisna olunmadığını bildirib. Ancaq onun sözündən belə çıxıb ki, söhbət müsəlmanlara birbaşa qadağadan getmir: “Mən heç nəyi istisna etməyəcəyəm, ancaq biz dini inanc əsasında qeydiyyata başlamayacağıq”, –  R.Pribus bazar günü NBC kanalının «Meet the Press» proqramında deyib: “… Demək istədiyimiz budur ki, bəzi insanlar – əlbəttə ki, hamı yox, …ancaq bəzi insanlar – radikallaşıblar”, – deyə R.Pribus bildirib. R.Pribus həmçinin, İslamın bəzi elementlərini «problemli» hesab etdiyini vurğulayıb. (Azadlıq radiosu)

 

“BUNU HEÇ KİM DANA BİLMƏZ”

“Aydın görünür ki, bu dinin bəzi problemli aspektləri var və biz onları bilirik; biz onları görmüşük”, – deyə o, ABC telekanalının «This Week» proqramına söyləyib. “Əlbəttə ki, bu, həmin dinin bütün daşıyıcılarına şamil edilmir, ancaq Mayk Flinn Amerikada ən hörmətli kəşfiyyat əməkdaşlarından biridir. Əlbəttə, bunu heç kim dana bilməz”.

D.Trampın milli təhlükəsizlik müşaviri təyin etmək istədiyi M.Flinn bir sıra antimüsəlman bəyanatları ilə tanınır. O, fevralda Twitter-də yazmışdı ki, “müsəlmanlardan qorxmaq rasionaldır”.

R.Pribusun bu mövqeyi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və onun keçid komandası ilə səsləşir. Belə ki, onlar müsəlmanların ölkəyə girişini tam yasaqlamadan, müsəlman ölkələrindən mühacirəti məhdudlaşdırmaq istəyirlər.

YUMŞALMIŞ VERSİYA

Bu ilin yayında D.Tramp yeni yoxlama mexanizmləri yaranana qədər terrorizmlə bağlı ölkələrdən mühacirəti dayandırmağa ümid etdiyini bildirib. Bu mövqe D.Trampın daha öncəki bəyanatının yumşalmış versiyası sayıla bilər. Belə ki, o, öncə ABŞ nümayəndələri nə baş verdiyini öyrənənədək, müsəlmanların Birləşmiş Ştatlara girişinin tam yasaqlanmasını təklif etmişdi.

D.Trampa bu məsələlər üzrə məsləhətlər vermiş, Kanzas ştatının dövlət katibi Kris Kobaç coğrafi zəmində hazırlanmış qadağanın layihəsi üzərində işləyib: “Tramp və Daxili Təhlükəsizlik Departamenti işə başlayıblar», – K.Kobaç “The Huffington Post”a deyib.

“The Huffington Post” yazır ki, K.Kobaç əvvəllər Corc Buş administrasiyası zamanı giriş və çıxışın qeydiyyatı sistemi üzərində çalışıb. Bu proqramın məqsədi ABŞ-da 16 yaşından yuxarı əcnəbi kişilərə nəzarət etmək idi. Söhbət bir sıra müsəlman ölkələrindən gələn insanlardan gedir. Sonradan bu proqram uğursuz sayılaraq ləğv olunub.