XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 March 2015 - 06:25

Kanada da Arktikada hərbi təlimlərə başlayır

Fantino: “Suverenliyimizi təhdid edən istənilən aqressiyaya cavab verməyə hazırıq”

Kanada hərbçiləri martın 30a qədər Arktikayanı ərazilərdə hərbi təlimlər keçirəcəklər.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, Kanada Müdafiə Nazirliyi NOREX 2015 manevrlərinin atəş və sərt qış şəraitində marş-sıçrayışları ehtiva etdiyini açıqlayıb.

Hərbi idarənin saytı yazır ki, Nanavut əyalətindəki təlimdə 200-ə yaxın əsgər iştirak edəcək. Müdafiə nazirinin müavini Culian Fantino bildirib: “Hökumətimiz Kanadanın şimalında daimi yüksək döyüş hazırlığının vacibliyini qeyd edir. Belə ki bizim suverenliyimizi təhdid edən istənilən fəallığı və ya aqressiyanı izləməyi davam etdirir və ona cavab verməyə hazırıq”.

Rusiya Şimal donanması qərargahının iki nümayəndəsi Kanada hərbçilərinin təlim faktını mətbuata şərh etməyə çətinlik çəkib. Onlardan biri yalnız qeyd dib ki, “İstənilən dövlət təlim keçirmək hüququna malikdir”.