XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2016 - 23:20

“Normand dördlüyü”nün XİN rəhbərləri yenidən toplaşacaq –Razılıq əldə olunub

normand-4

Bu gün Ukrayna prezidenti Pyotr Poroşenko və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti bildirib.

Tərəflər  Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsini müzakirə edib,  regionda vəziyyətin pisləşməsini qeyd ediblər.

“Tərəflər həmçinin münaqişəsinin həllinə dair "yol xəritəsi" layihəsinin hazırlanmasını müzakirə edib, noyabrın sonunda “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin görüşünün keçirilməsinə dair razılığa gəliblər”, -məlumatda deyilir.