“Minsk razılaşması tam şəkildə və sürətlə gerçəkləşməlidir”
ABŞ və Fransa prezidentləri Obama və Olland telefon söbhəti zamanı Ukraynadakı durumdan danışıblar.
Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, Obama buna qədər Almaniya kansleri Angela Merkellə danışıqlar aparıb. Onlar antirusiya sanksiyalarının yumşaldılması məsələsini müzakiə ediblər. Hə iki lider eyni fikirdədir ki, Donbas münaqişəsində barışıq əldə edilməsi və etibarlı nizamlanma xatirinə üç Minsk razılaşması tam şəkildə və sürətlə gerçəkləşməlidir.
Bu ərəfədə Rusiya prezidenti Putin bildirib ki, Moskva Kiyevin Minsk razılaşmasını tam şəkildə yerinə yetirəcəyini nəzərdə tutur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, Vaşinqton özünü elə aparır ki, sanki Kiyevi Donbas münaqişəsini hərbi yolla həll etməyə təhrik edir.
O deyib ki, XİN başçıları müavinləri səviyyəsindəki “normand dördlüyü” növbəti həftə toplaşa bilər.
Lavrov əlavə edib: “Kəskin durumu nəzərə almaqla istisna etmirəm ki, bu səviyyə yüksəldilə bilər”.