XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2016 - 11:37

Kaliforniyanın müstəqilliyi üçün referendum sənədi hazırlanıb –“Calexit” ABŞ- dan ayrılmağı tələb edir

yes-kali

ABŞ-ın Kaliforniya ştatının sakinləri müstəqilliklə bağlı referendum hazırlığına başlayıblar.

Strateq.az bildirir ki, “Yes California” hərəkatı səsverməyə hazırlıqla  bağlı sənədi baş prokuroluğa təqdim edib. Ştatın müstəqilliyi uğrunda mübarizə aparan Hərəkat referendumun keçirilməsini tələb edir.  

“Los Angeles Times” qəzeti yazır ki, hakimiyyət indi bu təşəbbüsə ad verməli və referendumun keçirilməsi üçün saziş bağlamalıdır.  Hərəkatın fəalları səsvermənin 2018-ci ildə baş tutacağını gözləyirlər. Kaliforniyanın müstəqilliyini tərəfdarları bu proses “Calexit” adlandırır.

Qeyd olunur ki, bu müraciət üçün əsas səbəb Donald Trampın prezident seçkilərində qələbəsi olub.