XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Noyabr 2016 - 13:22

Məhəmməd Mursinin ömürlük həbs cəzası ləğv edildi –Misir məhkəməsindən gözlənilməz addım

mursi

Misirin Kassasiya Məhkəməsi keçmiş prezident Məhəmməd Mursi barədə ömürlük həbs cəzası hökmünü ləğv edib.

Bu barədə “Reuters” xəbər yayıb.

Məhkəmənin qərarına əsasən, onun Fələstinin HƏMAS təşkilatı üçün casusluq etməsi barədə ittiham əsassızdır, bu üzdən də yenidən araşdırma aparmaq tələb olunur. Lakin keçmiş prezident Qətərə casusluqda ittiham olunaraq 2012-ci ilin dekabrında prezident iqamətgahı qarşısında nümayişçiləri öldürməkdə günahlandırıldığı üçün daha 20 il həbsxanada qalacaq.

Xatırladaq ki, Misir Ali Məhkəməsi noyabrın 15-də Məhəmməd Mursiyə qarşı elan olunmuş ölüm hökmünü ləğv edib.

APA