XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Noyabr 2016 - 16:45

Putin sabiq nazir Ulyukayevin həbsindən danışdı:"Nəyi şərh edəsən? Kədərli faktdır...”

putin-ulya

Rusiya prezidenti Vladimir Putin iqtisadi inkişaf naziri Ulyukayevin korrupsiyada ittiham olunaraq həbs edilməsini “kədərli fakt” adlanıdırb.

Strateq.az bildirir ki, Putin yekun nəticəni hüquq mühafizə orqanlarının verəcəyini bildirib: “Burda nəyi şərh edəsən? Baş vermiş hadisə çox kədərli faktdır. Amma mən demək istərdim ki, biz gələcəkdə də bu kimi hallara qarşı barışmaz olacağıq”.

Putinin sözlərinə görə, hüquq mühafizə orqanlarının belə hərəkətləri işgüzar klimata heç bir zərər gətirmir, əksinə Rusiyaya olan etimadı daha da gücləndirir: “Hamı bilməlidir: Xidməti vəzifəsindən asılı olmayaraq qanun hamıya qarşı eyni gücü ilə tətbiq ediləcək”.

Putin qeyd edib ki, yaxın günlərdə yeni nazir təyin olunacaq: “Bir neçə namizəd var. Biz bununla bağlı müvafiq qərarımızı verəcəyik”.