XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

22 Noyabr 2016 - 17:33

Sabiq prezidentin qızı zəhərlənib? –Kərimovanın ölümü haqda xəbər yayıld

Gülnarə

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın qətlə yetirildiyi haqda məlumatlar yayılıb.

Axar.az "Rosbalt"a istinadən xəbər verir ki, 44 yaşlı Kərimova zəhərlənərək öldürülüb.

Sözügedən xəbərin mənbəsi kimi Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı çıxış edib.

Mənbənin verdiyi məlumata görə, Kərimova 5 noyabr tarixində zəhərlənərək öldürülüb və Daşkənddəki Minor qəbiristanlığında dəfn olunub. Verilən məlumata görə, Gülnarənin qəbrinin üzəri elə örtülüb ki, adi torpaqdan seçilməsin.

Milli Təhlükəsizlik Xidməti nümayəndəsinin iddiasına görə, o, özü bu prosesdə iştirak edib.

Prezident Aparatı və Nazirlər Kabineti sözügedən məsələyə münasibət bildirməkdən boyun qaçırır.

Müxtəlif mənbə və KİV-in xəbəri yaymasına baxmayaraq, Gülnarənin ölümü haqda rəsmi açıqlama verilmir.

Özbəkistan vətəndaşları Gülnarə Kərimovanın ölüm xəbərinin ya təsdiq, ya da inkar olunmasını tələb edir. Vətəndaşlar və gənc aktivistlər sosial şəbəkələrdə “#ShowMeGulnara” (Mənə Gülnarəni göstər) haştaqı altında etirazlara başlayıb.