XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

22 Noyabr 2016 - 20:05

Ukrayna Təhlükəsizlik Xidməti iki rus hərbçini saxladı –Rusiyadan etiraz

Ukrayna 7767

Ukrayna Təhlükəsizlik Xidməti Krımda “Cankoy” keçid məntəqəsində iki rusiyalı hərbçinin saxlanılmasının səbəbini açıqlayıb.

“RİA Novosti”nin verdiyi məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak bildirib ki, Maksim Odintsov və Aleksandr Baranov fərarilik və dövlətə xəyanət maddələri üzrə aparılan cinayət işləri çərçivəsində saxlanılıb.

V. Qritsak qeyd edib ki, Ukraynada Krım hadisələri zamanı Rusiya tərəfinə keçən hərbçilərə qarşı çoxlu sayda cinayət işi qaldırılıb. Onun sözlərinə görə, müqaviləli əsasda xidmət edən M. Odintsov və A. Baranov barədə hələ 2015-ci ildə cinayət işi açılıb və onlar bu barədə məlumatlı olub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gün Ukrayna Təhlükəsizlik Xidmətinin Krımda iki rusiyalı hərbçini qanunsuz saxladığı barədə məlumat yayıb.

APA