XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2016 - 10:33

Almaniya şirkəti Türkiyəyə 120 milyonluq investisiya yatıracaq- Berat Albayrak

Almaniyanın “EWE” enerji şirkəti Türkiyəyə 120 milyon avro dəyərində investisiya yatıracaq.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak deyib.

“Dünyanın qabaqcıl enerji şirkətlərindən olan “EWE”nin baş icraçı direktoru Matias Brükmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Türkiyəyə 120 milyon avro dəyərində yeni investisiya qoyuluşu həyata keçirəcəklərini bildirdilər. Türkiyə iqtisadiyyatının etibarlığını və sağlamlığını dünya təsdiq edir. Almaniyanın külək enerjisi nəhəngi “Nordex” şirkətinin baş icraçı direktoru Lars Bondo Kroqsqard ilə görüşdə isə o, bərpaolunan enerji sahəsində Türkiyədəki investisiya mühiti ilə yaxından maraqlandıqlarını vurğuladı”, – deyə nazir əlavə edib.