XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2016 - 13:51

Tramp Rusiya ilə münasibətləri qaydaya salmağa tələsmir:“Moskva ilə “yenidənyüklənmə”ni dəstəkləmirəm”

tramp-888

ABŞ-ın yeni prezidenti Donald Tramp bəyan edib ki, Rusiya ilə münasibətlərin qaydaya salınması üçün təklif olunmuş “yenidənyüklənmə”ni dəstəkləmir.

Strateq.az bildirir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib.  Tramp vurğulayıb ki, hazırda Rusiya ilə münasibətlərdə bu termini işlətmək korrekt deyil. Bununla yanaşı o, deyib ki, Putinlə yaxşı münasibətlərdə olmaq istərdi.

“The New York Times” yazıb ki, Tramp jurnalistlərə Putinlə söhbət etdiyini desə də, danışıqların təfərrüatını açıqlamayıb.

“Bütün bu baş verənlərdən sonra mən bu termini işlətmək istəməzdim”-deyə Tramp Rusiya ilə münasibətləri bərpa etmək üçün irəli sürülmüş “yenidənyüklnmə” təklifini şərh edib.