XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Noyabr 2016 - 15:23

Fransa prezidentinə etimadsızlıq:qətnamə layihəsi rədd edildi

Fransa parlamentinin Aşağı Palatasının bürosu prezident Fransua Ollanda etimadsızlığı göstərilməsi haqda qətnamə layihəsini rədd edib.

“Report“ “France Press”ə istinadən xəbər verir ki, bu layihə müxalifətdə olan Respublikaçılar Partiyası tərəfindən irəli sürülmüşdü.

Məlumata görə, bu qərar Aşağı Palatanın kollegiyalı qurumu sayılan büronun qapalı toplantısında qəbul olunub.

Xəbərdə bildirilib ki, qətnamə layihəsi noyabrın əvvəlində təqdim edilib. Sənədə 79 respublikaçı deputat imza atmışdı. Layihə müəllifləri prezidentin “gizli sənədlər” haqda məlumat verməkdə ittiham edərək ona impiçment göstərilməsini bildirmişdilər.