XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 November 2016 - 15:53

Obama 21 görkəmli amerikalını təltif etdi- Prezident medalı

Barak Obama aralarında görkəmli ABŞ aktyorları, idmançıları, memarları, biznesmenləri olan 21 şəxsə prezidentin “Azadlıq” medalını təqdim edib.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, təntənəli mərasim Ağ evdə keçirilib. Bu illik nüfuzlu mükafat “ABŞ-ın təhlükəsizliyinin və milli maraqlarının təmin olunmasında xüsusi töhfəyə görə”, həmçinin mədəniyyət, idman, biznesin inkişafında xidmətlərə və xeyriyyəçiliyə görə verilir.

Bu il prezidentin mükafatını aktyorlar Robert de Niro, Tom Xenks, Robert Redford, basketbolçu Maykl Cordan, Qeyts cütlüyü, müğənni Dayana Ross, memar Frenk Qeri və başqa tanınmış amerikalılar alıblar. İki laureat- ABŞ Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Qreys Xopper və ABŞ-ın yerli əhalisinin hüquqları uğrunda mübarizə aparan hüquq müdafiəçisi Eluiz Kobbel medala ölümlərindən sonra layiq görülüblər.