XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

21 Mart 2015 - 07:54

Türkiyə Krımın qanunsuz ilhaqını qəbul etmir

Krım tatarları Ukrayna dövlətinə sədaqət nümayiş etdirir

Türkiyə prezidenti Ərdoğan Kiyev səfərində ukraynalı həmkarı Poroşenkoya bildirib ki, Ankara Krımın qanunsuz ilhaqını tanımır.

Strateq.az Ukrayna KİV-ə isnadən xəbər verir ki, Krım tatarlarına verdiyi dəstəyə görə Ərdoğan Ukrayna prezidentinə təşəkkür edib.

Türkiyə prezidenti qeyd edib ki, Krım tatarları Ukrayna dövlətinə sədaqət nümayiş etdirir, lakin bu onlara baha başa gəlir. Ərdoğan söz verib ki, iki və çoxtərəfli görüşlərdə bu problemi ciddi şəkildə qabardacaq.