XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

21 Mart 2015 - 08:15

ABŞ hərbçiləri Avropa yürüşünə çıxır

Yolboyu əhaliyə hərbi texnikanın imkanları nümayiş etdiriləcək

Bu gün ABŞ hərbi texnikasının Estoniyadan Almaniyaya yürüşü başlanıb.

Strateq.az xarici mətbuata əsasən bildirir ki, hərbçilər iki dəstə olmaqla Almaniyada yerləşmiş hərbi bazalarına yola düşəcəklər.

Estoniya, Litva, Latviya, Polşa, çexiya və Almaniya üzrə 1700 km məsafə qət edəcək yürüşə Baltika və Polşada yerləşən hissələr də qoşulacaq. Nəzərdə tutulur ki, yolboyu əhaliyə hərbi texnikanın imkanları nümayiş etdiriləcək.

Yerli və xarici KİV qeyd edir ki, yürüşün məqsədi Ukraynadakı hadisələrlə bağlı Amerika hərbi gücünün burada mövcudluğunun nümayişidir.

Amerika ordusunun Avropadakı zabiti Krayq çilds mətbuata bildirib ki, yürüş hərbi və siyasi çalara malikdr: NATO-nun hərbi texnikasının Avropa İttifaqı dövlətləri ərazisində sürətlə yerdəyişmə qabiliyyətini sərgiləmək.