Türkiyənin Şırnak əyalətində baş vermiş partlayış nəticəsində bir hərbçi həlak olub, daha beş nəfər isə yaralanıb.
"Sabah" qəzetinin verdiyi məlumata görə, partlayış kustar üsulla hazırlanmış partlayıcının işə salınması ilə törədilib.
Bu, son bir neçə saat ərzində Türkiyədə baş vermiş ikinci partlayış olub.