XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 20:42

Avropa İttifaqı dekabr sammitindən əvvəl Rusiyaya qarşı sanksiya qərarını verəcək

tusk

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyalarla bağlı qərarı dekabrda keçiriləcək sammitdən əvvəl verəcək.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Brüsseldə Aİ Şurasının rəhbəri Donald Tusk bildirib. 

 “Ümid edirəm ki,  biz sanksiyalara dair qərarı dekabrda keçiriləcək sammitdən əvvəl qəbul edəcək”, – deyə o bildirib. 

 Onun sözlərinə görə, Aİ-nin Rusiya qarşı sanksiyalarla bağlı mövqeyi dəyişməz olaraq qalmaqdadır: “Bizim sanksiyalarla bağlı mövqeyimiz aydındır – onlar Ukraynaya dair  Minsk sazişlərinin tam icrası ilə tam əlaqəlidir”, – deyə Tusk qeyd edib.