Azad Suriya Ordusu türk hərbçilərin dəstəyi ilə “Fərat qalxanı” çərçivəsində Əl-Bab şəhərində İŞİD mövqelərinə doğru hücuma keçib.
Artıq şəhərin ətraf qəsəbə və kəndlərində nəzarət tamamilə təmin edilib.
Məlumata görə, ağır artilleriya zərbələrinə məruz qalan terrorçular ASO-nun irəliləyişini intiharçı hücumlarla dayandırmağa çalışır.
Qeyd edək ki, bölgədə hərbi texnikanın yerdəyişməsi prosesi davam edir.
Axar.az