XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 March 2015 - 09:37

İran öz sentrifuqalarını 6 minə qədər ixtsar etməyə razılaşmadı

Abbas Araqçı: “Hələlik heç bir məsələ üzrə konkret razılığa gəlməmişik”

İran ona qarşı hazırkı sanksiyaların tam ləğvi müqabilində öz sentrifuqalarını 6 minə qədər ixtisar etməyə razılaşmayıb.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, İran xarici işlər nazirinin müavini Abbas Araqçi deyib: “Sentrifuqaların sayı və məlumatlardakı rəqəmlər uydurmadan başqa bir şey deyil”.

Araqçı hazırda İranın nüvə proqramı üzrə danışıqların davam etdiyi Lozannadadır. O deyib: “Biz hələlik məsələlərin heç biri üzrə hansısa konkret razılığa gəlməmişik”.

İranın atom enerjisi üzrə Təşkilatının məlumatına görə, hazırda ölkədə 19 min sentrifuqa var və onların 10 mini işə salınıb.