XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 11:39

Türkiyə və ASO Əl-Babda yenə itkilər verdi –Açıqlama

isid-mermi

Türkiyə ordusu Suriya ərazisində həyata keçirdiyi "Fərat qalxanı” əməliyyatında yenidən itki verib.

APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyanın Əl-Bab şəhəri ətrafında gedən döyüşlərdə 1 əsgərin həlak olduğunu, 5 hərbi qulluqçunun yaralandığını açıqlayıb. 

"Azad Suriya Ordusunun Əl-Babın İŞİD-dən azad edilməsi üçün apardığı əməliyyat davam edir. Qurudan və havadan verilən atəş dəstəyi ilə Azad Suriya Ordusunun hücumları dəstəklənir. Gün ərzində baş verən toqquşmalarda 4 müxalif şəhid olub, 25-i yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olub, 5-i isə yüngül yaralar alıb”, – deyə açıqlamada deyilir.

Döyüşlərdə Türkiyə ordusuna məxsus 2 ədəd zirehli döyüş maşını və 1 ədəd piyada daşıyan zirehli maşın da sıradan çıxıb.  

Qeyd edək ki, noyabrın 24-də Suriya hərbi təyyarəsinin bombardmanı nəticəsində 4 türk əsgəri həlak olmuşdu. Beləliklə, 2 gün ərzində Suriyada ölən türk hərbçilərinin sayı 5-ə çatıb.