XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Noyabr 2016 - 13:36

Rusiyaya qarşı 15 ölkə birləşdi –Almaniyadan mesaj

alman

"Rusiya ilə silahlanmaya nəzarətlə bağlı yeni müqavilənin imzalanmasına artıq 15 Avropa ölkəsi qoşulub".

Bunu “Die Velt” qəzetinə müsahibəsində Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer söyləyib.

Onun sözlərinə görə, hazırda Avropanın təhlükəsizliyi təhdid altındadır:

“Rusiya ilə münasibətlərin çətinliyini nəzərə alaraq, Moskva ilə dialoqu azaltmaq əvəzinə daha da artırmalıyıq. Biz Avropanın təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq. Rusiya ilə silahlanmaya nəzarətlə bağlı yeni müqavilənin imzalanmasına artıq 15 Avropa ölkəsi qoşulub. Bunlar arasında İtaliya, Fransa, Avstriya, Belçika, İsveçrə, Çexiya, Portuqaliya, İspaniya, Finlandiya, Niderland, Norveç, İsveç və digərləri var”.

Axar.az