XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

25 Noyabr 2016 - 22:50

“PKK Sincardan çəkilməlidir, burada onlara yer yoxdur” –Bərzanidən xəbərdarlıq

barzani

Şimali İraq Kürd Muxtariyyatının lideri Məsud Bərzani "PKK Sincardan geri çəkilməlidir. Bu ərazidən istifadə edə bilməz" deyib.

BBC-yə müsahibə verən Bərzani Sincar və Kərkükdən çıxmayacaqlarını bildirib.

"Türkiyədən İraqa keçən PKK terrorçuları Sincarı ikinci Qəndilə çevirəcəklər" iddiasına cavab verən Məsud bildirib: "Fikrimcə, kürd kürdə qarşı savaşmamalıdır. Amma bəzi qruplar siyasətimizdən faydalanır. PKK Sincardan çəkilməlidir. Burada onlara yer yoxdur" .

Bərzani eyni zamanda şiə silahlıların Mosul və Telaferə girib-girməyəcəyi ilə bağlı suala "Şəhərlərə hansı qüvvələrin girəcəyi məlumdur. Şiə dəstəsi Mosul və Telaferə girməyəcək. Mosul əməliyyatı başlayan gündən hamı bu müqaviləyə sadiq qalıb. Bundan sonra da belə olacaq" cavabını verib.

Kürd lider Mosulun Başika qəsəbəsindəki Türk ordusu ilə bağlı suala cavab verərkən bildirib ki, bu məsələ rəsmi Bağdadın icazəsi ilə reallaşıb.