Prezidentin qərarının səbəbləri barədə açıqlama verilməyib
Bolqarıstan prezidenti Rosen Plevneliyev Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərə qatılmayacaq.
Strateq.az xarici KİV-ə əsasən bildirir ki, prezidentin mətbuat xidməti münasib dəvətnamənin alındığını qeyd edib, lakin prezidentin tədbirlərdə iştirakı planlaşdırılmır. Bolqarıstan prezidentinn qərarının səbəbləri barədə açıqlama verilməyib.
Qeyd edək ki, indiyədək Avropanın bir çox liderləri Moskvanın Qələbə paradına qatılmayacaqlarını bildiriblər.