XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 09:22

ABŞ Ədliyyə Nazirliyi Gülənin ekstradisiyasına dair suallarıcavabsız qoydu

usa

ABŞ-ın Ədliyyə Nazirliyi iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd göstərmiş FETÖ rəhbəri Fətullah Gülənin həbsi və Türkiyəyə ekstradisiyası məsələsində hələ də sükut nümayiş etdirir.

Ədliyyə Nazirliyi və onun tabeliyindəki xüsusi qurum Fətullah Gülənin həbsi və Türkiyəyə ekstradisiyası ilə bağlı bu günə kimi hər hansı açıqlama yaymayıb. Nazirlik "Anadolu" agentliyinin bununla bağlı sorğusuna "Bu mövzu ilə bağlı şərh vermirik" cavabını verib. Bununla yanaşı, ABŞ-ın Xarici İşlər Nazirliyi də "Anadolu" agentliyinin mövzu ilə bağlı suallarına "Müsahibiniz Ədliyyə Nazirliyidir" – cavabını verərək, agentliyə sualları həmin quruma ünvanlamağı tövsiyə edib.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ oktyabrın sonunda ABŞ-a səfəri zamanı amerikalı həmkarı Loretta Linç ilə görüşərək, bu məsələni müzakirə edib.   (Report)