XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2016 - 10:38

Bjezinski:" Rusiya ABŞ və Çinlə birgə dünya üçlüyünə daxil olacaq”

bjezinski

Rusiya hazırda kommunizmdən demokratiyaya keçid mərhələsini yaşayır.

Bunu MSNBC televiziyasına müsahibəsində məşhur amerikalı politoloq Zbiqnev Bjezinski söyləyib. Onun sözlərinə görə, ABŞ bu işdə Moskvaya kömək etsə, o zaman Rusiya da dünyanın əsas aparıcı ölkələrindən biri olacaq:

“Təhdidlər aydındır. Hər iki tərəfdə çoxlu sayda qeyri-müəyyənlik və inciklik yaradır. Rusiyaya münasibətdə çox ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə, Rusiya ilə münasibətlərin yoluna qoyulması arzuediləndir. Rusiya artıq kommunist dövləti deyil. Bunu anlamaq lazımdır. Lakin o, hələ də demokratiya yolunu seçməyib. Orada əvvəlki kimi qeyri-müəyyənlik var. Bu ölkə keçid mərhələsindədir. Əgər biz onlara kömək etsək, o zaman Rusiya ABŞ və Çinlə birgə dünya üçlüyünə daxil olacaq”. (Axar.az)