XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2016 - 10:36

Pakistan-Hindistan sərhədində atışma:iki əsgər həlak olub

Noyabrın 26-da səhər saatlarında Pakistanın şimal-qərbində, Hindistanla sərhəddə dörd terrorçu-kamikadzenin Pakistan sərhədçilərinin düşərgəsinə hücumu nəticəsində iki hərbçi həlak olub, 14 nəfər yaralanıb.

Pakistan mətbuatının yaydığı məlumatda bildirilir ki, Moxmand qəbilələri ərazisinin Qalanay rayonunda baş verən insidentdə terrorçuların dördü də məhv edilib.

Terror aktına görə məsuliyyəti regionda fəaliyyət göstərən “Camaat-ul Axrar“ radikal İslam qruplaşması üzərinə götürüb(azərtac).