XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 March 2015 - 11:20

Bjezinski: “Rusiya Krıma nüvə silahı yerləşdirəcək”

“Rusiyanı inandırmalıyıq ki, bəzi xətlərin keçilməsi qadağandır”

Amerika politoloqu Zbiqnev Bjezinski əmindir ki, Rusiya Krıma nüvə silahı yerləşdirəcək.

Strateq.az xarici nəşrlərə əsasən xəbər verir ki, o Brüsseldə Almaniya Marşall İnstitutundakı çıxışında deyib: “Ruslar Krımda nüvə silahı yerləşdirmək istəsələr, onlara mane olacaq heç nə yoxdur. Buna qarşı effektli hüquqi qadağa da yoxdur. Beləliklə, bu fikrə meyllənirəm ki, onlar bunu, ehtmal ki, edəcəklər”.

Onun sözlərinə görə, bu, hərbi baxımdan nəyisə müəyyən etmir: “Məni ən çox bu rahatsız edir ki, Putin rejimi son bir neçə həftə ərzində qəsdən birbaşa və yaxud dolayı üsullarla Qərbə nüvə təhdidi sərgiləyib – təyyarələr uçuş keçirdir, nüvə silahını yada salırdı. On illər idi ki, belə bir şey olmurdu, bu, çox təhlükəlidir. Həqiqətən də, Rusiyaya təklif edə biləcəyimiz əsl yeriylə bağlı siyasət arasında balans tapmağımız lazımdır və eyni zamanda Rusiyanı inandırmalıyıq ki, bəzi xətlərin keçilməsi qadağandır və bu, Rusiyanın özünə baha oturar”.