XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 14:57

İran Rusiyaya Həmədandakı avibazadan istifadə etməkimkanı yarada bilər

İranın müdafiə naziri, briqada generalı Hüseyn Dehqan Həmədanda yerləşən "Şəhid Noje" hərbi aviabazasından Rusiyanın istifadə etməsini istisna etmir. Trend bu barədə İranın "Tasnim" agentliyinə istinadən məlumat verir.

Nazirin sözlərinə görə, əgər Suriyadakı vəziyyət Rusiya hərbi təyyarələrinin bu aviabazadan təkrar istifadəsini tələb edərsə, İran aviabazanı Rusiyanın istifadəsinə verməyə hazırdır.

Qeyd edək ki, bu il avqust ayının ortalarında Rusiyaya məxsus təyyarələr İranın Həmədanda yeləşən aviabazasından Suriyadakı İŞİD terror təşkilatının mövqelərini bombalamaq üçün istifadə etmişdi. İranın müdafiə naziri isə belə bir informasiyanı açıq şəkildə yaydığı üçün Rusiyaya narazılığını bildirmişdi.