XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 17:00

Tramp «Fox News»un analitikinəvəzifə təklif etdi

ABŞ-ın yeni prezidenti Donald Tramp «Fox News» telekanalının analitiki Ketlin Makfarlendə milli təhlükəsizlik məsələləri üzrə müşavirin köməkçisi vəzifəsini təklif edib.

Bu barədə məlumat adıçəkilən telekanalda yayılıb.

Bir vaxtlar prezidentlər Nikson, Ford və Reyqanla da çalışan Makfarlend xəbəri təsdiqləyib və təklifi qəbul etdiyini bildirib.

Həmçinin qeyd edib ki, Trampın komandasında işləmək onun üçün böyük şərəfdir.

Trampın sözlərinə görə, Makfarlend fitri istedada və böyük təcrübəyə malikdir: «Amerikanı yenidən qüdrətli etmək üçün onda cəsarət, parlaqlıq və enerji var”.

Qeyd edək ki, 1970-1976-cı illərdə Makfarlend ABŞ Milli Təhlükəsizlik Şurasında Henri Kissincerin köməkçisi olub. Reyqanın dövründə isə Müdafiə Nazirliyində birinci müavin postunu tutub(azadliq.info).