XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 17:16

Amerikada prezident seçkilərinin nəticələri ləğv oluna bilər:səslər yenidən sayılır

t

ABŞ-da 8 noyabrda keçirilən seçkilərlə bağlı olaraq ilk dəfə əyalətdə səslər yenidən sayılır. Üç əyalətdəki yeni siyahılarda nəticə dəyişərsə, Donald Tramp rprezidentliyi əldən verə bilər.

Moderator.az BBC-nin xəbərinə istinadən xəbər verir ki, Viskonsin Ştatı Seçki Komissiyası, ABŞ Yaşıllar Partiyasının rəhbərliyinə namizəd  Jill Stein yenidən siyahıyaalma tələbini qəbul edib. Səsvermə vərəqələri bir həftə ərzində yenidən sayılacaq.

Stein digər iki kritik əyalətdə, Michigan və Pensilvaniyada da yenidən sayıma müraciət etmək üçün lazım olan vəsaiti yığır. Gərəkən 7 milyon dollarlıq vəsaitin 5.3 milyon dollarına çatdırılması sayəsində artıq Pensilvaniyada da yenidən siyahıyaalma keçiriləcəyi nəzərdə tutulur.

Xatırladaq ki, həmin üç əyalətdə sorğuların Hillari Klintonu öndə göstərməsinə baxmayaraq sandıqdan çox az fərqlə Tramp birinci çıxmışdı. Tramp bu sayədə ölkə miqyasında seçici nümayəndə sayını 290-a çıxarmış və 232-i də qalan Hillari Klintona qarşı prezidentliyi qazanmışdı.

İndi üç əyalətdə Hillari Klinton qələbə qazansa, prezident olacaq.

Pensilvaniyada yenidən sayım müraciəti üçün son gün bazar ertəsidir, Michigan üçün isə çərşənbə günüdür. Michiganın rəsmi nəticələri hələ elan edilməyib, bu ştatda qalib gələn namizəd, aparılan proyeksiyalar nəticəsində media tərəfindən elan edilmişdi.

Yaşıllar Partiyasının sədr namizədi Stein bu üç kritik əyalətdə yenidən sayım üçün fəal kampaniya aparsa da, KlintonTramp cəbhələri hələlik səssiz qalıb.