XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2016 - 17:50

«Rusiyapoçt»un rəhbərinə cinayət işi açılır:95 milyonluq mənimsəmə

Rusiya Baş Prokurorluğu «Rusiyapoçt»un baş direktoru Dmitri Straşnovun cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə məlumat yayıb.

Straşnov 95 milyon rublluq mənimsəmədə ittiham olunur.

Prokurorluqdan bildiriblər ki, baş direktor bu məbləği büdcədən mükafat olaraq özünə yazıb. Halbuki ona qonorar olaraq ona çatacaq mələğ 3,2 milyon rubl olmalı idi.

Baş Prokurorluğun rəsmisi Aleksandr Kurennovun sözlərinə görə, Straşnova Rusiya Cinayət Məcəlləsinin 201-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə cinayət işinin başladılması üçün istintaqçılara bütün zəruri materiallar göndərilib.

O da müəyyən olunub ki, «Rusiyapoçt» bir çox öhdəlikləri tam yerinə yetirməyib və fəaliyyətində nöqsanlar var.

Dmitri Straşnov baş direktor vəzifəsinə 2013-cü ildə təyin edilib(azadliq.info).