XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2016 - 18:06

Ukrayna futbolunda danışılmış oyunlaraşkarlanıb

Ukrayna futbolunda danışılmış oyunlarla bağlı iddialar ortaya atılıb.

Bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti sədri İqor Koçetov açıqlama verib.

Federasiya rəsmisi bildirib ki, səkkiz şübhəli oyun haqqında artıq lazımi orqanlara məlumatlar verilib. Bu matçlar gənclər liqasında və birinci liqada 2015-ci ilin sonunda keçirilib.

Hazırda Etika və Təmiz Oyunlar Komitəsində məsələyə dair araşdırma aparılır. Sonda insidentlə bağlı hüquqi qərarlar verilməsi gözlənilir(azərtac).