XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 19:19

Fransa prezidenti Kubaya qarşı sanksiyalarıləğv etməyə çağırıb

"Kubaya qarşı sanksiyalar ləğv olunmalıdır".

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Fransanın prezidenti Fransua Olland bildirib. 

"Fidel Kastronun vəfatı ilə əlaqədar bir daha israrla vurğulayıram ki, bu embarqo Kubaya zərər vurur, ona görə də ləğv olunmalıdır. Kuba üçün gələcək perspektivlər təmin edilməli,bu ölkə ilə ticari mübadilə üçün zəruri şərait yaradılmalıdır, o zaman Kuba beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvü olacaq", – Fransua Olland qeyd edib.

O əlavə edib ki, "Fransa hər zaman Kubaya həqiqi tərəfdaş kimi yanaşıb".