XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

26 Noyabr 2016 - 21:59

Tramp:"Dünya 60 il öz xalqını əzən amansız diktatorun gedişini qeyd edir"

tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kubanın inqilabçı lideri Fidel Kastronu "diktator" adlandırıb və Kubanın rifahının yaxşılaşdırılmasına kömək edəcəyini vəd verib.

O, Kubanın hələ də totalitar ölkə olaraq qalacağını bildirib.

Fidel Kastro cümə günü 90 yaşında vəfat edib.

"Bu gün dünya demək olar ki, 60 il öz xalqını əzən amansız diktatorun gedişini qeyd edir. Fidel Kastronun mirası güllələnmiş komanda, oğurluq, ağlasığmaz əzablar, yoxsulluq və insanlara onların əsas hüquqlarından imtinadır", – deyə Trampın bəyanatında bildirilir.

Bununla belə, siyasətçi ümid etdiyini bildirib ki, Kuba tab gətirdiyi əzabları arxada qoyacaq və layiq olduğu azadlığına qovuşacaq. (Report)