“Həm pulunuzu itirəcəksiniz, həm də təhlükəsizliyi”
Rusyanın Danimarkadakı səfiri Mixail Vanin bildirb ki, Danimarka Rusiyanın mümkün nüvə hücumuna hədəf ola bilər.
Strateq.az xarici mətbuata əsasən bildirir ki, o, Danimarka NATO-nun raketdən müdafiə sisteminə birləşəcəyi halda bunun baş verəcyini Jyllands Posten-in köşəsində yazıb: “İnanmıram ki, Danimarkanın Amerikanın başçılıq etdiyi raket əleyhinə sistemə daxil olacağı təqdirdə nələrin baş verəcəyini danimarkalılar tam dərk edə bilsinlər. Bu, baş verəcək ki, Danimarkanın hərbi gəmiləri Rusiyanın nüvə raketlərinin hədəfinə çevriləcək”.
Onun sözlərinə görə, Kopenhagenin belə bir siyasəti Rusiya-Danimarka münasibətlərinə ciddi ziyan vurar, çünki sonuncu Moskva üçün təhlükəyə çevriləcək”.
Diplomat yazıb: “Qərar sizindir, lakin, sadəcə, istərdim, yadınıza salım ki, həm pulunuzu itirəcəksiniz, həm də təhlükəsizliyi”.
Səfirin bəyanatı Danimarka siyasətçiləri arasında anlaşılmazlıq və hiddət doğurub.
Xarici işlər naziri Martin Lideqard bildirib ki, bu, gərginliyin artmasına gətirb çıxartmamalıdır: “Rusiya yaxşı bilir ki, NATO-nun raketdən müdafiə sistemi ona qarşı tuşlanmayıb. Biz bir çox mühüm mövzularda ruslarla razı deyilik, lakin önməlidir ki, diskussiyamızın ahəngi qızışmasın”.