XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2016 - 10:19

Gürcüstan parlamenti hökumətin yeni tərkibinitəsdiq edib

gurcustan

Gürcüstan parlamenti səs çoxluğu ilə Giorgi Kvirikaşvilinin hökumətinə və hökumət proqramına etimad elan edib.

Trend-in "Qruziya-Onlayn"-a istinadən verdiyi məlumata görə, yeni tərkibin təsdiqinə 110 nəfər -lehinə, 19 nəfər – əleyhinə səs verilib.

Nazirlər kabinetinin yenilənmiş tərkibini və hökumət proqramını millət vəkillərin Georgi Giorgi Kvirikaşvilinin təqdim edim.

Diaspora işləri üzrə nazirlik ləğv edilib. Bu struktur Gürcüstanın xarici işlər nazirliyinin tərkibinə daxil olub.

Dimitri Kumsişvili – maliyyə naziri, baş nazirin birinci müavini, Kaxa Kaladze – energetika naziri, baş nazirin müavini, Qiorqi Qaxaria – iqtisadiyyat naziri, Zurab Alavidze – regional inkişaf və infrastruktur naziri, Viktor Dolidze – Avropa və Avro-Atlantik məkana inteqrasiya məsələləri üzrə Dövlət naziri vəzifəsinə təyin olunub.