XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Noyabr 2016 - 12:26

Ərdoğandan Avropa Parlamentinə ultimatum:"Yerini bil!"

«Avropa Parlamenti, yerini bil! Türkiyəni sən yox, hökumət idarə edir».

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin qətnaməsini şərh edərkən deyib.

Qeyd edək ki, qətnamədə Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı danışıqların dondurulmasına çağırış edilir.

Ərdoğan bildirib ki, lazım gələrsə, fövqəladə vəziyyət rejimini uzadacaqlar və buna qərar vermək Türkiyə hökuməti ilə parlamentinin birbaşa səlahiyyətindədir:

«Hökumət qərar qəbul edərkən xaricdən gələn məsləhətləri yox, xalqın fikrini nəzərə alır. Vətəndaşlar ölüm hökmünün bərpasını istəyirlər. Əgər parlament bu qərarı təsdiqləsə, mən bu addımı dəstəkləyəcəm. Az qala, hər gün terrorla üzləşən Türkiyədən terrorçu strukturlarla mübarizə aparmamağı tələb etmək ölkəni terrorçuların vicdanına təslim etməkdir. Siz bu yolla terrorçulara dəstək vermiş olursuz».

Xatırladaq ki, noyabrın 24-də Avropa Parlamenti Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqların dondurulmasına səs verib. Bu, rəsmi Ankaranın ölkədəki uğursuz hərbi qiyam cəhdinə qeyri-proporsional münasibəti ilə əsaslandırılıb(azadliq.info).