XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2016 - 13:24

KİV:ABŞ-da hüquq müdafiəçiləri məscidlərinin mühafizəsinin gücləndirilməsini xahiş ediblər

polis

ABŞ-da bir qrup hüquq müdafiəçisi Kaliforniya ştatının hüquq-mühafizə orqanlarına müraciət edərək hədə məktublarının göndərildiyi məscidlərinin mühafizəsinin gücləndirilməsini xahiş ediblər.

Naməlum şəxslər ştatın Los-Anceles və San-Xose şəhərində yerləşən məscidlərə hədələrin yer aldığı məktub göndəriblər.

Məktublarda qeyd edilib ki, “artıq şəhərlərdə Amerikanı təmizləyəcək Donald Tramp yeni polis rəisidir” və islam dininə sitayiş edənlərlə Hitlerin yəhudilərlə davrandığı kimi davranılacaq.

San-Xose Polis İdarəsinin polis zabiti Enrik Qarsiya deyib ki, polis baş verənləri “nifrət zəminində olay” kimi dəyərləndirir və təhqiqata başlayıb.  (APA)