XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Noyabr 2016 - 13:14

İsrail meşələrindəki bütünyanğın ocaqları söndürüldü

İsrailin bütün ərazisində meşə yanğını ocaqları söndürülüb.

APA xatırladır ki, meşə yanğınları bu həftə eyni vaxtda İsrailin bir neçə rayonunda başlayıb.

İsrail hökuməti həmin rayonlarda fövqəladə vəziyyət rejimi elan edib və əhali evakuasiya olunub.

Meşə yanğınlarının söndürülməsində Azərbaycan, Türkiyə Rusiya, Yunanıstan, İtaliya, Xorvatiya, İspaniya və Cənubi Kipr təyyarələri də iştirak edib.

Qeyd edək ki, İsrail hökumətinin müraciəti əsasında Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi 25 noyabr 2016-cı il tarixində İsrailə göndərilib. Təyyarə noyabrın 26-da yanğın yerlərinin kəşfiyyat xarakterli uçuşlarını həyata keçirib və 80 ton su atmaqla 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb.