XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2016 - 15:13

Yunker:«Avropanın təhlükəsizliyini Rusiyasız təmin etmək mümkün olmayacaq»

Avropa Komissiysının sədri Jan-Klod Yunker «Euronews»a müsahibəsində Rusiyaya qarşı sanksiyaların ləğvi üçün əsas görmədiyini bildirib.

Lakin Yunker hesab edir ki, Rusiya olmadan Avropada təhlükəsizliyi təmin etmək mümkün olmayacaq: “Hazırda sanksiyaların ləğvinə səbəb olacaq məqamlar görmürəm. Lakin arzu edərdim ki, Rusiya ilə razılığa gələk. Avropa Rusiyasız təhlükəsizlik sistemini qura bilməyəcək».

Komissiya sədrinin fikrincə, Avropa Rusiyaya böyük birlik, ruslara qürurlu millət kimi baxılmalıdır. Və onlarla buna uyğun danışılmalıdır: “Rusiyanın dərinlikləri barədə çox şey bilməliyik. Bu planda bir az geri qalırıq».

Lakin Yunker ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Rusiya ilə bağlı fikrini bölüşmədiyini də bildirib: «Barak Obama Rusiyanı regional güc adlandırıb. Bu cür qiymətləndirmə böyük səhvdir»(azadliq.info).