XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2016 - 00:38

İraqdan OPEK-ə çağırış:“Biz istəyirik ki, İraq neft hasilatının məhdudlaşdırılması anlaşmasına daxil edilməsin"

opec

OPEK neft hasilatının məhdudlaşdırılması ilə bağlı çağırış edərkən İraqda iqtisadi böhranı və terrora qarşı aparılan mübarizəni nəzərə almalıdır.

Bunu İraq parlamentinin Neft və Enerji Komissiyasının rəhbəri Ariz Abdulla deyib.

O qeyd edib ki, ötən illərdə ölkəsində neft hasilatı yüksək səviyyədə olmayıb:

“Biz istəyirik ki, İraq neft hasilatının məhdudlaşdırılması anlaşmasına daxil edilməsin. Neftin qiymətinin enməsindən sonra ölkəmizdə bu sahə üzrə fəaliyyət göstərən xarici şirkətlər bizim üçün böyük yükə çevrilib. Yaxın zaman Neft Nazirliyi məsələni gözdən keçirəcək”.

Qeyd edək ki, yaxın zamanda OPEK-in Vyanada iclasının keçiriləcəyi gözlənilir. (Axar.az)