XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2016 - 01:09

Türk əsgərlərini ruslar vurub? –Kremldən açıqlama

peskov

Rusiya lideri Vladimir Putin Suriyada türk əsgərlərinə edilən hücumda rus təyyarələrinin iştirak etmədiyini şəxsən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bildirib.

Bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

O, 26 noyabrda tərəflər arasında baş tutan telefon əlaqəsi zamanı Suriya konflikti ilə bağlı fikir mübadiləsi aparıldığını qeyd edib: Əməkdaşlıqla bağlı müxtəlif məsələlər müzakirə olundu. Lakin həssas mövzu olduğu üçün bunu ictimaiyyətə açıqlaya bilmərik”.

Kreml sözçüsü onu da əlavə edib ki, liderlər 2017-ci ildən tez görüşməyəcək(Axar.az).

Qeyd edək ki, Suriyanın Əl-Bab şəhərində İŞİD tərəfindən törədilən təxribat nəticəsində 3 türk əsgəri şəhid olmuşdu.