XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2016 - 15:31

Prezident üzr istədi və istefayahazır olduğunu elan etdi

Cənubi Koreya prezidenti Pak Kın Xen istefa verməyə hazır olduğunu bəyan edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Xe bunun üçün bir şərtinin olduğunu deyib. Bildirib ki, parlament hökuməti təhlükəsiz şəraitdə ötürülməsini təmin edərsə, dərhal istefa verəcək.  

«Associated Press»in məlumatına görə, prezident korrupsiya qalmaqalına görə üzr istəyib və cəmiyyətin narazılığını azalda bilməməsindən təəssüf edib.
 
Bugünlərdə silahdaşları Pak Kın Xeyə postunu könüllü şəkildə tərk etməyi tövsiyə etmiş, əks halda bunun impiçment yolu ilə baş verəcəyini bildirmişdilər.

Paytaxt Seulda bir aydan çoxdur ki, prezidentin istefası tələbilə kütləvi aksiyalar keçirilir. Son nümayişlərin birində meydana 1 milyona yaxın etirazçı toplaşmışdı.