XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2016 - 11:09

PKK Kərkükdəki terrorçularınınsayını artırıb

İranyönlü “Haşdi Şəbi” və terrorçu PKK qruplaşmaları İraqın Kərkük şəhərindəki silahlılarının sayını artırıb.

“Report” "Haber 7"yə istinadən xəbər verir ki, İŞİD-in Kərkükə hücumlarından sonra İraq hökuməti şəhərdəki “Haşdi-Şəbi” silahlılarının sayını çoxladıb, terrorçu PKK silahlılarının sayı da artıb.

İnformasiyaya görə, PKK silahlıları İŞİD-ə qarşı mübarizə aparmaq üçün bölgəyə gəlsə də, Kərkükdə qərargah quraraq, şəhərdən çıxmayıblar.

Rəsmi Bağdad bu günədək terrorçu PKK ilə qeyri-rəsmi əlaqə qurub. İraq hökuməti Kərkükdəki terrorçu PKK üzvlərinə maaş belə ödəyir.

Məlumata görə, rəsmi Bağdadın “Haşdi Şəbi”yə verdiyi silahların müəyyən hissəsinin PKK-ya ötürüləcəyi ehtimal edilir. PKK-ya nömrəli deyil, xaricdən gətirilən nömrəsiz silahlar veriləcək.