XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2016 - 11:18

Tokioda Yay Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyiyerlər müəyyənləşdirilib

Yaponiyanın paytaxtında dördtərəfli danışıqlar zamanı 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları ilə bağlı xərclərin azaldılması məqsədilə aparılan müzakirələrdə avarçəkmə və üzgüçülük üzrə iki yeni obyektin inşası barədə razılıq əldə olunub. Voleybol yarışları üçün yeni obyektin inşası təklifindən isə imtina edilib.

Noyabrın 30-da təşkil olunan görüşdə Tokio şəhər qubenatoru, Olimpiadanın təşkilat komitəsinin sədri, Olimpiadaya hazırlıq üzrə əlaqədar dövlət naziri və Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti iştirak ediblər.

İştirakçılar əvvəlcədən nəzərdə tutulduğu kimi, Tokionun dəniz sahilində avarçəkmə üzrə yeni obyektin inşası barədə razılıq əldə etsələr də, onun inşası üçün xərclərin azaldılması qərara alınıb. Tokio qubernatoru Yurike Koike həmin yarışların 2011-ci il zəlzələsi zamanı zərərçəkən Miyaqi prefekturasındakı hazır obyektdə keçirməyi təklif edirdi.

Bundan əlavə, tərəflər ilkin plana uyğun olaraq, su idman növləri üzrə yeni Olimpiya mərkəzinin inşası barədə də razılıq əldə ediblər. Lakin həmin obyektdə tamaşaçılar üçün yerlərin sayı 20 mindən 15 minə endirilib(azərtac).