XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2016 - 11:24

Fidel Kastro ilə vida mərasimindəmilyonluq izdiham

Havanada Kuba inqilabının lideri Fidel Kastrponun xatirəsinə həsr olunmuş mərasimdə milyon nəfərə yaxın insan iştirak edib.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, dünən axşam saatlarında Havanadakı İnqilab meydanında keçirilən tədbirə kubalılarla yanaşı, Latın Amerikasının və dünyanın bir sıra ölkələrinin dövlət başçıları və siyasətçiləri də qatılıblar. Matəm mərasimini Kuba lideri Raul Kastro yekunlaşdıraraq mübarizənin qələbəyədək davam etdiriləcəyini söyləyib.

Noyabrın 30-da içərisində inqilab liderinin külü olan urna ölkənin şərqinə – Santyaqo-de-Kuba şəhərinə yola salınacaq. Əlli yeddi il əvvəl – 1959-cu ildə Fidel Kastro başda olmaqla inqilab karvanı məhz bu marşrutla əks-istiqamətdə hərəkət etmişdi.

Fidel Kastronun dəfn mərasimi dekabrın 4-də inqilabın beşiyi sayılan Santyaqo-de-Kubada keçiriləcək.