XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 12:58

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Trampa xəbərdarlıq etdi:“Rusiya ilə yaxınlaşmaq böyük təhlükə yaradır”

brenan

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan beynəlxalq münasibətlərdə baş verə biləcək mümkün təhlükələr barədə  yeni prezident Donald Trampa xəbərdarlıq edib.

Strateq.az bildirir ki, BBC-yə müsahibəsində MKİ şefi yeni administrasiyaya Rusiya ilə yaxınlaşmada ehtiyatlı olmağı məsləhət görüb: “Hesab edirəm ki, yeni iqtidar rusların vədlərindən ehtiyat etməlidir”

Brennan ABŞ prezident seçkilərinə Moskvanın müdaxilə cəhdlərini xatırladıb.

Bundan başqa MKİ rəhbəri deyib ki, İranla imzalanmış nüvə sazişinin ləğv edilməsi faciə olacaq.

Con Brennan öz vəzifəsini tərk edir. Onu bu vəzifədə Mayk Pompeo əvəz edəcək.