XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 15:44

“Barselona”–“Real Madrid” derbisindən əldə olunacaq vəsait“Şapekoense” klubuna köçürüləcək

“Barselona”–“Real Madrid” derbisindən qazanılacaq vəsait təyyarə qəzasında futbolçuları, məşqçiləri və personalının həlak olduğu Braziliyanın “Şapekoense” klubuna köçürüləcək.

Azərtac xəbər verir ki, bu barədə “Midiario” informasiya portalı məlumat yayıb. “Barselona”–“Real Madrid” el-klassikosu bu həftəsonu – dekabrın 3-də “Kamp Nou”da keçiriləcək.

İspaniya klubları ilə yanaşı dünyanın bir sıra komandalar da yardım kompaniyasına qoşulub. Fransanın paytaxt klubu PSJ 40 milyon avro yardım göstərmək barədə açıqlama verib. Argentina və Braziliya klubları tərəfindən isə qəzadan ziyan çəkən kollektivin yüksək liqanı tərk etməməsi üçün alternativ kömək təklif olunub. Belə ki, onlar öz hesablarına pulsuz 3 illik futbolçu icarə etməyə hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, hazırda xəstəxanada qəzadan sağ qalan Braziliya komandasının 3 futbolçusu müalicə olunur. Komanda ilə müxtəlif səbəblərdən Kolumbiyaya yollanmayan 9 futbolçu vətənində qalıb.