XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 16:14

Nyu-Yorkda Trampa etiraz olaraqdövlət bayraqları yandırılıb

Nyu-York şəhərində bir qrup etirazçı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa etiraz olaraq dövlət bayraqlarını yandırıblar.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu addım D.Trampın bayraq yandırmaya qarşı ciddi cəzaların tətbiq olunacağı barədə açıqlamasına cavab olaraq atılıb.

Bundan əvvəl D.Tramp "Twitter" səhifəsində Amerika bayraqlarını yandıranların həbs olunması və ya vətəndaşlıqdan çıxarılmasının vacibliyini vurğulamışdı.

ABŞ qanunvericiliyinə əsasən, dövlət bayraqlarının yandırılması cinayət yox, etiraz forması kimi qiymətləndirilir.